
Azərbaycan Mərkəzi Bankı (AMB) 15 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 15-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 14-ü ilə müqayisədə dəyişməyərək 1,6954 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,8220 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,77% ucuzlaşaraq 0,0257 manata enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,78% zəifləyərək 0,5162 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1162 manatdır. Beləliklə, funt sterlinq 0,65%-lik azalma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 1% ucuzlaşaraq 0,6799 manat olub.
Anar
Gununsesi.info