Azərbaycan Mərkəzi Bankı (AMB) 8 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 8-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 7-si ilə müqayisədə dəyişməyərək 1,7369 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,49% möhkəmlənərək 1,8716 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,11% bahalaşaraq 0,0274 manata çatıb.
Türkiyə lirəsinin məzənnəsi 2% möhkəmlənərək 0,5134 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1974 manatdır. Beləliklə, funt sterlinqin 0,1%-lik azalması baş verib.
Gürcüstan larisinin məzənnəsi isə 0,19% ucuzlaşaraq 0,6772 manat olub.
Anar
Gununsesi.info