Azərbaycan Mərkəzi Bankı (AMB) 12 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 12-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 9-u ilə müqayisədə dəyişməyərək 1,7430 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,64% zəifləyərək 1,8369 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,82% bahalaşaraq 0,0280 manata çatıb.
Türkiyə lirəsinin məzənnəsi 1,64% zəifləyərək 0,4967 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1936 manatdır. Beləliklə, funt sterlinqin 0,03%-lik bahalaşması baş verib.
Gürcüstan larisinin məzənnəsi isə 0,49% ucuzlaşaraq 0,6723 manat olub.
Anar
Gununsesi.info