Neftin qiymətlərinin enməkdə davam etməsi Rusiyada dolların sürətlə bahalaşmasına səbəb olub.
Gununsesi.info xəbər verir ki, hazırda Moskva birjasında 1 dollar “qırmızı xətti” keçib və 65,76 rubla qalxıb. Neft ixracatçısı olmayan Türkiyədə də dolların qalxması davam edir.
Bir neçə gün öncə 3,17 lirəni aşaraq tarixi rekorda imza atan dollar hazırda 3,26 lirəyə çatmaqdadır. Qeyd edək ki, Trampın prezident seçilməsindən sonra dünya birjalarında neftin qiyməti düşməyə başlayıb. Hazırda “Brent” markalı neftin bir barreli bu gün 1,09 dollar ucuzlaşaraq 44,75 dollara, VTİ markalı neftin bir barreli isə 1,25 dollar düşərək 43,41 dollara satılır.
Gununsesi.info