Dollar və avro bahalaşdı - MƏZƏNNƏ

  • By admin
  • 30 Noyabr 2016 09:30

avro-dollar-esas

Azərbaycan Mərkəzi Bankı (AMB) 30 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 30-a olan rəsmi məzənnələr bülletinə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 29-u ilə müqayisədə 0,42% artaraq 1,7318 manat təşkil edib. Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,76% möhkəmlənərək 1,8417 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl dəyişməyərək 0,0266 manat olub. Türkiyə lirəsinin məzənnəsi 0,61% artaraq 0,5077 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1622 manatdır. Beləliklə, funt sterlinq 1,12%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi isə 0,22% bahalaşaraq 0,6845 manat olub.

Anar

Gununsesi.info