Dollar və avro bahalaşdı - MƏZƏNNƏ

  • By admin
  • 14 Dekabr 2016 09:40

avro-dollar-esas

Azərbaycan Mərkəzi Bankı (AMB) 14 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 14-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 13-ü ilə müqayisədə 0,26% artaraq 1,7475 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,8590 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,35% bahalaşaraq 0,0287 manata çatıb.
Türkiyə lirəsinin məzənnəsi 0,14% zəifləyərək 0,5007 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2116 manatdır. Beləliklə, funt sterlinqin 0,12%-lik bahalaşması baş verib.

Gürcüstan larisinin məzənnəsi isə 0,68% geriləyərək 0,6570 manat olub.

Anar
Gununsesi.info