Dollar və avro bahalaşdı - BUGÜNKÜ MƏZƏNNƏ

  • By admin
  • 25 Noyabr 2016 09:40

avro-dollar-esas

Azərbaycan Mərkəzi Bankı (AMB) 25 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 25-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 24-ü ilə müqayisədə 0,29% artaraq 1,7196 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,75 möhkəmlənərək 1,8176 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,12% ucuzlaşaraq 0,0266 manat olub.
Türkiyə lirəsinin məzənnəsi də 1,31% azalaraq 0,4970 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1409 manatdır. Beləliklə, funt sterlinq 0,38%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,52% ucuzlaşaraq 0,6892 manat olub.
Anar
Gununsesi.info