
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 5-i ilə müqayisədə 0,2% artaraq 1,7742 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,7% möhkəmlənərək 1,8773 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 2% bahalaşaraq 0,0299 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 1% zəifləyərək 0,4917 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1968 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,6%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi də 1,8% zəifləyərək 0,6447 manat olub.
Gununsesi.info