Dollar yenə qalxdı – Mərkəzi Bank sabahın kursunu açıqladı

  • By admin
  • 08 Dekabr 2016 17:19

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 9-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,35% artaraq 1,7430 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7369 manata bərabər olub.
Qeyd edək ki, bu gün AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7369 məzənnəsi ilə başlayıb və 1,7414 məzənnəsi ilə yekunlaşıb.

Gununsesi.info