Dollar yenidən bahalaşdı

  • By admin
  • 23 Dekabr 2016 10:20

dollar_euro_140715_1_1

Azərbaycan Mərkəzi Bankı (AMB) 23 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 23-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 22-si ilə müqayisədə 0,27% artaraq 1,7622 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,61% möhkəmlənərək 1,8412 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,7% bahalaşaraq 0,0289 manata yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi 0,82% möhkəmlənərək 0,5023 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1649 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,5%-lik azalma baş verib.
Gürcüstan larisinin məzənnəsi də 2,65% möhkəmlənərək 0,6427 manat olub.

Anar
Gununsesi.info