Dollardan rekord hədd! 2 MANATA YAXINLAŞDI

  • By admin
  • 13 Yanvar 2017 09:00

valyuta

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 12-si ilə müqayisədə 0,7% möhkəmlənərək 1,7867 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,86% möhkəmlənərək 1,8970 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 1,35% möhkəmlənərək 0,0301 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 3,67% möhkəmlənərək 0,4742 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1739 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,38%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi də 3,47% zəifləyərək 0,6257 manat olub.

Gununsesi.info