
Manatın ucuzlaşamsı prosesi bu sürətlə davam edərsə, ilin sonunadək dollar iki manat ola bilər.
Bunu Gununsesi.info-ya açıqlamasında maliyyə eksperti Samir Əliyev deyib.
Onun sözlərinə görə, ancaq hökumət manatın o qədər də ucuzlaşamsına imkan verməyəcək və dollara nisbətdə 1,8 manat civarında saxlamağa çalışacaq.
Manatın son günlərdə yenidən sürtələ ucuzlaşmasının səbəbini açıqlayan ekspert vurğulayıb ki, əsas səbəb ölkədə keçirilən referendumla bağlı idi. “Bu məqsədlə hökumət maantın məzənnəsinin sabit saxlamaq üçün lazımi səviyyədə hərraca vəsait buraxdı. Bu yolla maliyyə bazarında müvəqqəti sabitlik qorundu. Bunlar müvəqqəti xarakterli addımlar idi. Çünki Azərbaycanda dollara tələbat hər zaman olub və bundan sonra da tələbat olacaq. Digər bir məqam isə ondan ibarətdir ki, ölkədən çıxan dollarla daxil olan dollar arasında tərs mütənasiblik var. Yəni, ölkədən çıxan dollar daxil olan dollardan qat-qat çoxdur”- deyə, ekspert vurğulayıb.
Ekspert onu da əlavə edib ki, bu gün bağlanın 10 bankın əmanətçilərə verdiyi əmnatələri qaytarmaq üçün 690 milyon manat vəsait ayrılıb.
“Bu da manatın ucuzlaşamasına mənfi təsir göstərən amilərdəndir. Manatın ucuzlaşmasına təsir edən amillərdən biri də büdcənin icra olunması ilə bağlı məsələlərdir. Bu səbəbdən də, ilin sonuna doğru manatın daha sürətlə ucuzlaşamsının şahidi olcağıq. Təsvvür edin, cari ilin 9 ayının yekununa görə, Dövlət Neft Fondu büdcə qarşısındakı öhdəliklərini 58 fazini icra edib, 42 faizini isə icra edə bilməmişdi. Bu da rəqmlə desək, haradasa iki milyard dollar vəsait edir. Bu məqamda manatın ucuzlaşamsı Neft Fondunun xeyrinədir. Yəni, manat nə qədər ucuz olarsa, Neft Fondu daha çox qazanacaq və bu yolla büdcə qarşısındakı öhdəliyni icra etmiş olacaq. Bir məqamı da vurğulayım ki, hökumət bu məqamdan istifadə edib referendum müddətində itirdiyini kompenssasiya etmək istəyir.
Bütün bu və digər amillər manatın ucuzlaşmasını şərtləndirən amillərdəndir və ona görə də manatın ucuzlaşması davam edəcək”- deyə, S.Əliyev bildirib.
Manatın hansı səviyyəyədək ucuzlaşmasına gəldikdə ekspert deyib ki, Mərkəzi Bank manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. “Ancaq hökumət bazara əlavə pul buraxmaq niyyətində deyil. Neft Fondunun müəyyən öhdəliyi var və bu öhdəlik də artıq bitmək üzrədir. Neft Fondu bazara əlavə pul burxmaq niyyəti yoxdur. Ona görə də manatın ucuzlaşamsı davam edəcək, lakin manat hansı səviyyəyədək ucuzlaşacaq, bunu indidən demək bir qədər çətindir. Hesab edirəm ki, hökumət çalışacaq ki, ilin sonunadək manatın dollara qarşı rəsmi məzənnəsi 1,8 manat civarında olsun. Ancaq bunu qoruyub saxlamaq da elə asan olmayacaq. Ancaq dolların iki manat və ya ondan yuxarı olacağı istisna deyil. Bu, gözləniləndir. İlin sonunadək dollar 1,8-2 manat civarında olacaq”- deyə, ekspert bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info











