Dollar rekord həddə bahalaşdı - RƏSMİ MƏZƏNNƏ

  • By admin
  • 15 Noyabr 2016 17:15

merkezi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,5% artaraq 1,7039 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün 1 dollar 1,6954 manat olub.

Xatırladaq ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,6954 məzənnəsi ilə başlayıb və 1,7024 məzənnəsi ilə yekunlaşıb.

Gununsesi.info