Dolların məzənnəsi düşəndə dərmanlar ucuzlaşacaq - TARİF ŞURASI

  • By admin
  • 16 Fevral 2017 11:55

derman_051

Azərbaycanda dərman vasitələrinin qiymətləri sonuncu dəfə ötən il noyabrın 28-də manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1,7196 olan zaman tənzimlənib.

Gununsesi.info-nun məlumatına görə, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dövlət qeydiyyatına alınmış dərman vəsaitlərinin qiymətlərinin tənzimlənməsi barədə keçirilən tədbirdə deyib.

İ.Məcidov qeyd edib ki, hazırda məzənnə bundan bir qədər yuxarıdır:

“Məzənnə bundan aşağı düşdüyü halda, dərman vasitələrinin qiymətləri də aşağı düşəcək, məzənnə fərqi 5 faizi keçdikdən sonra qiymətlərə yenidən baxılacaq”.

Gununsesi.info