

Son günlərdə Azərbaycanda manatın övqeyinin dollara nisbətdə möhkəmlənməsi və bahalaşması ilk növbədə Azərbaycan prezidenti ilham əliyevin maliyya-bank sektorunun sağlaçlaşdırılması ilə bağlı həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirmək olar.
Bunu Gununsesi.info-ya açıqlamasında millə vəkili Aydən Hüseynov deyib.
Onun sözlərinə görə, ölkə başçısının göstərişi ilə maliyyə-bank sektorunda sağlamlaşdırma prosesi gedir ki, bu da nəticədə manatın mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır. “Burada digər amillərdə mövcuddur. Birincisi, dollara olan tələb təkliflə bağlıdır. Tələb-təklif prinsipinə uyğun olaraq dolların məzənnəsinin enib-qalxması birjalarda müəyyənləşir. Bu da təbii haldır. Yəni bazarı birja tələb-təklifə uyğun olaraq müəyyənləşdirir”- deyə, millət vəkili vurğulayıb.
A.Hüseynzadə onu da əlavə edib ki, dolların ucuzlaşamsına təsir edən digər amil isəAzərbaycanın ixrac əməliyyatının artması nəticəsində əldə etdiyi valyuta gəlirləridir: “Azərbaycanın valyuta ehtiyatları artdıqca manatın təbii ki, mövqeyi möhkəmlənəcək və sabitləşəcək. Valyuta ehtiyatlarının artması manatın mövqeyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərir”.
Prosesin müvəqqəti xarakter daşıyıb-daşımadığına gəldirkdə isə millət vəkili bildirib ki, bir daha təkrar edirəm, manatın mövqeyinin möhkəmlənməsinə, bank sektorundakı sağlamlaşdırma prosesi, yəni, “qara bazar”ın ləğvi dollar qıtlığını aradan qaldırdı: “Bu da manatın mövqeyinin möhkəmlənməsinə müsbət təsir etdi. Digər səbələrid əd yuxarıda sadaladım”.
Mürtəza
Gununsesi.info