
Son günlərdə dolların manata nisbətdə ucuzlaşmasından bəzi kommersiya bankları faydalanıb, daha çox gəlir əldə etmək istəyirlər.
Bunu Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ölkədə biznesin inkişaf etdirilməsi üçün milli valyutanın sabitliyi önəmlidir.
“Əslində dolların milli valyutaya nisbətdə ucuzlaşması iş adamalarının xeyrinə olduğu kimi, həm də maraqlarındadır. Yəni, sabit milli valyuta iş adamanının daha rahat layihələrini həyata keçriməyə imkan verir. Bu baxımdan, milli valyutanın sabitliyi önəm daşıyır. Ona görə də manatın maliyyə bazarında real dəyərinin alaraq sabitləşməsinə ciddi ehtiyac var. Əgər biz Rusiya praktikasına istinad etsək görərik ki, rus rublu son bir ildə bazarda sabitlyini qoruyub saxlaya bilib. Yəni, bir dollar 60 rubl civarında kiçik intervallarla satılır. Bu da iş adamlarına rahat qaydada layihələrini həyata keçriməyə, sərmayə yatırımına imkan verir. Valyuta sabitliyindən ancaq ölkə iqtisadiyyatı və beznesi, sonda isə vətəndaş qazanır. Ona görə də Azərbaycanda Mərkəzi Bank manatın sabitləşməsinin və bazarda dəyərinin alması istiqamətində fəaliyyət göstərməlidir ki, ən əsası xarici iş adamları ölkəyə investisiya yatıra bilsin”- deyə, V. Bayramov vurğulayıb.
V. Bayramov əlavə edib ki, bu gün Azərbaycanda dolların ucuzlaşması və manatın mövqeyinin möhkəmlənməsi fonunda daha çox əksər kommersiya banklarının maksimum yararlanmağa çalışdığı müşahidə edilir:
“Belə ki, bəzi kommersiya bankları bu vəziyyətdən istifadə edərək maliyyə əməliyyatını və alış-satışı böyük fərqlərlə həyata keçirirlər. Banklar 1 ABŞ dollarını 1.60 AZN alır, 1.76 və ya 1.78 AZN-ə isə satır. Təsəvvür edin, banklar 1000 ABŞ dolları alıb satırsa, bundan haradasa 160-178AZN gəlir əldə edir. Bu da yüksək rəqəmdir. Bundan uduzan isə sadə vətəndaşdır. Odur ki, yaranmış vəziyətdən bəzi kommersiya bankları yararlanıb, maksimum gəlir əldə etməyə çalışırlar ki, bu da sonda ölkə iqtisadiyyatına öz neqativ təsirini göstərir. Ona görə də belə neqativ hallara yol verilməməsi üçün manatın mövqeyinin sabitləşməsinə və bazarda dəyərinin almasına ciddi ehtiyac var. Əks təqdirdə, bundan uduzan biznes, ölkə iqtisadiyyat və vətəndaş əziyyət çəkəcək”.
Dolların ucuzlaşması fonunda idxal olunan məhsulların da ona ekvivalent olaraq ucuzlaşması əvəzinə, bahalaşmasına aydınlıq gətirən V. Bayramov bildirib ki, hansısa iş adamı bəhanə gətirərək aldığı malı və ya məhsulu köhnə qiymət zamanı ölkəyə idxal edib, anbarlarda saxladığını arqument kimi səsləndirə bilər.
“Ancaq onu da unutmamalıyıq ki, xüsusən də qida məhsullarının saxlama müddəti qısa olur. Bu, absurd arqumentdir. Ona görə də dolların ucuzlaşamsı fonunda bir çox məhsullar ucuzlaşamalı idi. Lakin biz bunu müşahdiə etmirik. İş adamları da yaranmış durumdan özləri üçün faydalanıb, daha çox gəlir əldə etməyə çalışır. Bundan da yenə uduzan sadə vətəndaşdır. O baxımdan, İqtisadiyyat Nazirliyi proseslərə müdaxilə edib bazarı tənzimləməli və süni qiymət artımına yol verməməlidir”.
Mürtəza
Gununsesi.info









