Dollarla kredit götürənlər milli valyutada qaytaracaqlar

  • By admin
  • 29 Noyabr 2016 17:46

dollar

Gürcüstan hökuməti Milli Bankla birgə lariləşmə planı hazırlayıb.

Gununsesi.info gürcü mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bəyan edib.

O bildirib ki, 2015-ci ilin yanvarınadək dollarla kredit götürən vətəndaşlar kreditlərini lariyə çevirə biləcəklər.

Baş nazir həmçinin qeyd edib ki, vaxtından öncə kredit borclarını ödəyənlər faizlərdən azad olunacaqlar.

Gununsesi.info