Dollarla olan krediti olanlara bu cür qanun hazırlansın - ƏLİ MƏSİMLİ

  • By admin
  • 06 Mart 2018 13:38

“Bu qanun sahibkarların işini xeyli yüngülləşdirəcək. Təklif edərdim ki, dollarla olan kreditlərlə bağlı da  bu tip qanun hazırlansın”. 

Gununsesi.info xəbər verir ki, bunu  deputat Əli Məsimli Milli Məclisdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin birinci oxunuş zamanı müzakirəsində deyib.

O əlavə edib ki, prezidentin həm sığortaçı, həm də sahibkarlarla bağlı qanunu dollarla olan kreditlər haqqında sənədlə tamamlansın.

Gununsesi.info