Dollarla verilən kreditlərlə bağlı addım atılmalıdır - VAHİD ƏHMƏDOV DEYİR Kİ...

  • By admin
  • 15 May 2018 08:45

Dollarla bağlı verilən kreditlərlə bağlı devalvasiyadan sonra yarannan problem bu gün də minlərlə insanı ciddi şəkildə narahat etməkdədir.
Gununsesi.info bildirir ki, Moderator.az -a açıqlama verən millət vəkili Vahid Əhmədov  dollarla olan problemli kreditlərlə bağlı məsələnin həll edilməsinin vacibliyinə toxunub. Millət vəkilinin sözlərinə görə, bu, hər şeydən öncə bankların sağlamlaşdırılması baxımından zəruridir:
“Bildiyiniz kimi, devalvasiyadan sonra dollarla olan əmanətlərlə bağlı əhali müəyyən problemlərlə üzləşdi. Insanların banklara borcu çoxaldı. Biz bu problemlərin həllini nəzərdə tutan təkliflər hazırladıq və bunu ölkə başçısınn köməkçisinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Milli Məclisin sədri cənab Oqtay Əsədova, Mərkəzi Bankın sədrinə verdik. Mərkəzi Bankın sədri bununla bağlı öz müsbət rəyini verdi. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatası fərqli mövqe tutdu. 
Bu gün də bu məsələ gündəmdədir. Bankların sağlamlaşmasını istəyiriksə, vaxtı kemiş kreditlərlə bağlı məsələni həll etməliyik. Bu məbləğ 1,8 milyarda çatır. Bu, böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edir”.