Dolllar bahalaşmaqda davam edir

  • By admin
  • 17 Avqust 2016 10:41

milli bank

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 16-sı ilə müqayisədə 0,25% möhkəmlənərək 1,6164 manat təşkil edib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,86% möhkəmlənərək 1,8212 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,8% bahalaşaraq 0,0253 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,47% möhkəmlənərək 0,5508 manat olub.

Gununsesi.info