Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq — XƏBƏRDARLIQ

  • Müəllif: Firuzə
  • 02 May 2026 20:12

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Gununsesi.info