Donald Tramp Çinə səfər edəcək

  • By admin
  • 02 Noyabr 2017 08:40

ABŞ prezidenti Donald Trampın Çinə səfərinin tarixi məlum olub.

Gunusesi.info xəbər verir ki, səfər noyabrın 8-də baş tutacaq.

Bu barədə Çin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Lu Kan bildirib.

“Prezident Tramp Çin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə 8-10 noyabr tarixində Pekinə səfər edəcək”, məlumatda deyilir.

Qeyd olunub ki, səfər çərçivəsində ölkə liderləri ikitərəfli münasibətlər, eləcədə regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Gunusesi.info