Donald Tramp Hillari Klintonun köməkçisini HƏBS ETMƏYƏ ÇAĞIRIB

  • By admin
  • 03 Yanvar 2018 09:30

ABŞ prezidenti Donald Tramp ölkə prezidentliyinə sabiq namizəd Hillari Klintonun köməkçisi Huma Abedini həbs etməyə çağırıb. 

Gununsesi.info-nun apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp “Tvitter”də yazıb.

“Fırıldaqçılığa meylli Hillari Klintonun köməkçisi Huma Abedin təhlükəsizliyə dair əsas protokollara əməl etməkdən imtina edir. O məxfi parolları xarici casuslara, demək olar ki, vermiş oldu…  Həbsxana!”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki,  Huma Abedinin həyat yoldaşı intim şəkillər yaydığına görə ötən il 21 ay həbs cəzasına məhkum edilib.

Gununsesi.info