Donald Tramp seçki kampaniyasına başlayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentlik kampaniyasına başlayıb. Tramp Nyu-Hempşir və Cənubi Karolina ştatlarına səfər edib.

Gununsesi.info CNBS telekanalı mediaya istinadən xəbər bildirib.

Kanalın məlumatına görə, kampaniya tədbirləri Trampın həmişə olduğu “səs-küylü mitinqləri”ndən fərqlənirdi. Belə ki, Kolumbiyada keçmiş prezident cəmi 200 amerikalı ilə görüşüb.

Trampın məsləhətçiləri bunu 2024-cü il təkrar seçki kampaniyasının ictimai mərhələsinə doğru ilk addım kimi qiymətləndiriblər. O, çıxışında Co Bayden administrasiyasının xarici siyasət qərarlarının tənqid edilməsinə diqqət çəkib.

Bir çox respublikaçılar da Ağ Evin rəhbəri vəzifəsinə öz namizədliklərini nəzərdən keçirib. Konkret olaraq, Nyu-Hempşir qubernatoru Kris Sununu və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli namizəd ola bilər.

Tramp noyabrın 15-də 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. ABŞ-ın hazırkı prezidenti noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparmaq istədiyini açıqlasa da, bu ilin əvvəlinə qədər yekun qərarın verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Tərcümə: Adil Elxanoğlu

Gununsesi.info