Donald Tramp Si Tzinpinlə telefonla danışıb  - FOTO

  • By admin
  • 24 Aprel 2017 11:28

unnamed (4)
Çin Xalq Respublikasının prezidenti Si Tzinpin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Ağ Evin açıqlamasında bildirilir.

Bekə ki, S.Tzinpin və D.Tramp arasında baş tutan telefon danışığı zamanı Şimali Koreya məsələsi müzakirə edilib.
S.Tzinpin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarlarına zidd hər cür hərəkətə qarşı olduğunu vurğulayaraq, bölgədə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli addımlardan uzaq durmağa çağırıb.

Eyni zamanda S.Tzinpin Vaşinqton rəhbərliyi ilə birlikdə şimal-şərq Asiya və dünyada sülhün təminatı istiqamətində ortaq hərəkət etməyə hazır olduğunu və bu məsələdə danışıqların davam etdirlməsinin vacibliyini də qeyd edib.

Anar
Gununsesi.info