
ABŞ prezidenti Donald Tramp özünün “Twitter”dəki səhifəsində qeyri-müəyyən paylaşım edib.
Gununsesi.org xəbər verir ki, Ağ Ev rəhbəri əhəmiyyətli hadisənin baş verdiyini bildirib.
“İndicə tale əhəmiyyətli bir şey baş verib”, – deyə Tramp yazıb. Lakin ABŞ prezidenti bununla bağlı açıqlama verməyib.
Bu səbəbdən də sosial şəbəkə istifadəçiləri paylaşımla bağlı suallar veriblər. Bəziləri “Hillari (Hillari Klinton-red) həbs edilib?”, – deyə soruşublar. Bir sıra sosial şəbəkə istifadəçiləri isə güman ediblər ki, Ağ Ev rəhbəri vəzifəsindən istefa verib.
Gununsesi.org