Donald Tramp vədinə əməl edir

  • By admin
  • 25 Yanvar 2017 11:26

tramp

ABŞ mətbuatı iddia edir ki, yanvarın 25-də ABŞ-ın 45-ci prezidenti Donald Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yəməndən ölkəyə gələn immiqrantlara verilən vizanın müvvəqəti olaraq məhdudlaşdırması, eləcə də Meksika sərhədinə divar hörülməsiylə bağlı qərar verəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Amerika mətbatına hakimiyyətə yaxın mənbələrdən bildiriblər.

Xatırladaq ki, seçki kampaniyası dövründə D. Tramp bir neçə dəfə müsəlmanları hədəf alan açıqlamalar edib. Müsəlmanların ABŞ-a girişinin dayandırılmasını istəyən Tramp, ölkədəki məscidlərin də bağlanılmasına yönəlik islamafob çağırışlar edib.

Anar
Gununsesi.info