Donald Tramp yenə əfv etdi

  • By admin
  • 23 Noyabr 2017 22:04

Hər il noyabr ayının sonuncu cümə axşamı Amerika Birləşmiş Ştatlarında (ABŞ) Şükranlıq Günü qeyd edilir.

Gununsesi.info xəbər verir ki, Şükranlıq Gününün nisbətən yeni ənənələrindən biri ABŞ prezidenti tərəfindən Ağ Evdə bayram şam yeməyi üçün nəzərdə tutulan hinduşkaların “əfv edilməsi” hesab olunur.

Ağ Evin çəhrayı bağında baş tutan 70-ci “təntənəli əfv etmə” mərasimində Donald Tramp iki hinduşkanı əfv edib.

Mərasimdə D.Trampın ailə üzvləri də iştirak ediblər.

Gununsesi.info