Donald Trampa gecəni yaxşı keçirib, əylənmək üçün 5 RUS QADINI TƏKLİF  OLUNUB

  • By admin
  • 10 Noyabr 2017 10:28

Moskvaya səfəri zamanı ABŞ-ın prezidenti Donald Trampa gecəni yaxşı keçirib, əylənmək üçün 5 qadın təklif olunub.

Gununsesi.info “NBCnews”-a istinadən xəbər verir ki, 2013-cü ildə Moskvada “Miss Veseleniya” müsabiqəsi ilə bağlı işgüzar görüşdən sonra Trampa qaldığı otağa 5 rus xanım göndərilməsi təklif olunub.

Bu barədə Konqresin kəşfiyyat komitəsinin dinləmələrində Trampın  keçmiş mühafizəçisi Kit Şiller deyib. Şiller qeyd edib ki, təklifi zarafat kimi qəbul etdiklərindən cavablarında “onlar lazımi işlərlə məşğul olurmu?” sualı verilib.

Mənbənin verdiyi məlumata görə, dinləmələrdə Britaniya kəşfiyyatının Trampın Moskva səfərində rus xanımlarla əyləncəli gecə keçirməsi haqqında məlumata aydınlıq gətirmək məqsədi ilə keçmiş mühafizəçisi dindirilib. Belə ki, Britaniya kəşfiyyatının məlumatına görə, Trampın Moskva səfəri zamanı rus qadınlarla intim münasibəti olub.

Şiller Britaniya kəşfiyyatının bu məlumatını boş mənasız məlumat hesab edib: “ İlahi bu nə deməkdir, bunlar hamısı boş şeydir”.

Keçmiş mühafizəçi deyib ki, o Trampla bu təklifi otelə gedərkən müzakirə ediblər və bu təklifi edənlərə gülüblər. Onun sözlərinə görə, Tramp yaxşı anlayırdı ki, bu risqdir və bu Moskvada oteldə gizli kamera ilə çəkilə bilər. Şiller əminliklə bəyan edib ki, həmin gecə heç nə olmayıb. Ona görə ki, bu təklifi rədd edib.

Gununsesi.info