“ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır”.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.
Trampın seçki kampaniyasının nümayəndəsi Stiven Çunq bildirib ki, ona yaxın ərazidən atəş açılıb və hazırda Trampın heç bir həyati təhlükəsi yoxdur.
Qeyd olunub ki, atəş açılan zaman keçmiş prezident Uest Palm Biçdəki ona məxsus beynəlxalq qolf klubunda qolf oynayıb. Klub dərhal bağlanıb.
Baş verən atışmada şübhəli bilinən şəxs saxlanılıb.
Xatırladaq ki, iyulun 14-də də ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb. Tramp qulağından yaralanıb.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.
Gununsesi.info