Donald Trampın korteji qəzaya düşüb

  • By admin
  • 28 Sentyabr 2017 11:00

tramp_w784766

ABŞ prezidenti Donald Trampın korteji qəzaya uğrayıb.

Gununsesi.info “ Fox 59”-a istinadən verdiyi xəbərə görə, hadisə İndiana ştatında baş verib.

Hava limanına gedən yolda baş verən qəza zamanı motosikletlə korteji müşaiət edən polis əməkdaşı xəsarət alıb. Vəziyyəti normal qiymətləndirilir.

Qeyd edək ki, İndiana ştatında səfərdə olan D.Tramp İndianapolis şəhərində vergi islahatı ilə bağlı çıxış edib.

Gununsesi.info