Donald Trampın xanımı Türkiyəyə heyran imiş - FOTOLAR

  • By admin
  • 05 Avqust 2017 11:29

15965

ABŞ prezidenti Donald Trampın ikinci xanımı Marla Maples Türkiyəyə heyran olduğunu dilə gətirib.

Gununsesi.info “CNNTurk”ə istinadən xəbər verir ki, Marla Maples çoxsaylı türk dostunun olduğunu deyib.

M.Maples Amerika Türk Cəmiyyətinin təşkil etdiyi qala gecəsində çıxında onu da bildirib ki, hələ də Türkiyəyə səfər edə bilmədiyindən məyusdur.

Maples Türkiyəyə heyran olmasının səbəblərini açıqlayarkən deyib ki, o, ilk modelik fəaliyyətinə bir türk neylon corab markasını reklam etməklə başlayıb: “Mənə Türkiyə sevgisini aşılayanlar Jean Paul Ataker moda evinin əslən Şırnakdan olan sahibləri Numan və Kerime Ataker olub. Məni bura onlar dəvət edib. Qısa zamanda isə onlarla birlikdə Türkiyəyə səfər etməyi düşünürəm. Çünki Türkiyə bir nağıllar ölkəsidir və hər zaman bura səfər etməyi arzuladım. Türklər çox gözəl insanlardır”.

Qeyd edək ki, Donald Trampla Marla Maples 1993-cü ildə ailə qurub və bu evlilik 6 il sürüb. Bu evlilikdən onların iki qızları Tifani və Ariana Tramp dünyaya gəlib.

marla-maples-tiffany-trump-fce6a6d8-c720-4eee-8b74-d9f71d274f5f

1111-donald-trump-marla-maples-wedding-photos-getty-1

55dcecca4738427fac7dc32f9ac47385--john-trump-donald-trump

Gununsesi.info