“Donbasa xüsusi status verilməyəcək” - KULEBA

  • By admin
  • 02 Fevral 2022 19:30

Ukrayna Donbasa xüsusi status və mərkəzi hakimiyyətin qərarlarına veto qoymaq hüquqi verməyəcək.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Reç Pospolita” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, Ukraynanın heç bir regionu dövlət qərarlarına veto qoymaq hüququna malik deyil.

“Odur ki, Rusiyanın Donbas üçün təsəvvür etdiyi xüsusi status və veto hüququ verilməyəcək” , – deyə Kuleba əlavə edib.

 

 

Gununsesi.info