Donbasda atəşkəs pozuldu: Ukrayna hərbçisi həlak oldu

  • By admin
  • 26 İyun 2021 15:11

Donbasda Rusiya separatçılarının açdığı atəş nəticəsində 1 Ukrayna hərbçisi həlak olub.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“Bu gün səhər saatlarında Rusiya separatçıları atəşkəs rejimini 2 dəfə pozub. Açılan atəş nəticəsində Donbasın Peski bölgəsində 1 Ukrayna hərbçisi həlak olub.

Hadisə ilə bağlı ATƏT təmsilçiləri məlumatlandırılıb”, – xəbərdə qeyd edilib.

Gununsesi.info