Donbasda hərbi münaqişə nəticəsində 341 dinc sakin həlak olub və yaralanıb - ATƏT

  • By admin
  • 07 Avqust 2017 23:22

atet

İlin əvvəlindən Ukraynanın Donbas bölgəsində hərbi münaqişə nəticəsində 341 dinc sakin həlak olub və yaralanıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Ukraynada Xüsusi Monitorinq Missiyası (XMM) rəhbərinin müavini Aleksandr Huq bəyan edib.

“Yanvarın 1-dən hərbi münaqişə nəticəsində 341 dinc sakin həlak olub və yaxud yaralanıb. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 37% çoxdur”, deyə A.Huq bildirib.

BMT-nin hesablamalarına əsasən, 2014-cü ildən Ukraynanın cənub-şərqində davam edən silahlı münaqişə 10 mindən çox insanın həyatına son qoyub.

Gununsesi.info