Donetskin işğaldan azad edilmiş ərazisindən 131 cəsəd çıxarıldı

Donetsk vilayətinin işğaldan azad edilmiş ərazisindən 131 ölən şəxsin cəsədi çıxarılıb, lakin bu rəqəm yekun deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Media Mərkəzində keçirilən brifinqdə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavlo Kırilenko bildirib.

HTML tutorial

“İndi əsas iki dəfn yerində eksqumasiya aparılıb, 131 nəfər çıxarılıb. Lakin onların səngərlərdə basdırıldığı kütləvi dəfn yerləri var, həyətlərdə də ayrıca qəbirlər var. Ona görə də bu rəqəm yekun deyil, çox təəssüf ki, artır”, – Kırilenko deyib.

Onun sözlərinə görə, cinayət işi çərçivəsində müvafiq ekspertizalar aparılır, Limansk və Svyatohirsk icmalarının ərazisində işgəncə düşərgələrinin aşkar edilməsi ilə bağlı faktlar da araşdırılır.

Gununsesi.info