Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin köməkçisi Donfrid Şəhidlər Xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib.
Bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyi açıqlama yayıb.
Açıqlamada daha sonra deyilir:
“İnancları uğrunda canlarını fəda edən bütün insanları yad edir, münaqişə nəticəsində yaxınlarını itirən ailələlərə və dostlarını itirən insanlara başsağlığı veririk”.
Qeyd edək ki, Donfrid, həmçinin Bakının görməli yerlərini də gəzib.
Gununsesi.info