Əmanətlərin Sığortalanması Fondu sentyabrın 15-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 30 milyon 268 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 43 milyon 995 min manat, “Kredobank” ASC-nin əmanətçilərinə 16 milyon 852 min manat, “Dekabank” ASC-nin əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödəyib.
Fonddan Gununsesi.info-ya bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 93 milyon 878 min manatdan çoxdur.
Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə, 13 milyon 703 min manatdan çox kompensasiya ödənilib ki, bunun da 12 milyon 176 min manatı “Atrabank”ın, 1 milyon 527 min manatı “Qafqaz İnkişaf Bankı”nın payına düşür.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min, “Gəncəbank” ASC-nin əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin əmanətçilərinə isə 119 milyon 770 min manatdan çox kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 786 min manatdan çoxdur.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 252 milyon 367 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Gununsesi.info