Ötən il 4 nəfər əfqan vətəndaşı Azərbaycan vətəndaşlığı almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) 2021-ci il ərzində fəaliyyətinə dair keçirilən mətbuat konfransında qurumun sədri Vüsal Hüseynov bildirib:
“Həmin şəxslər əvvəldən Azərbaycanda müvafiq yaşama icazə olanlardır. Lakin ölkə sərhədlərinə yaxınlaşaraq vətəndaşlıq istəyən əfqan olmayıb. Müxtəlif həmkar qurumlardan və beynəlxalq təşkilatlardan bununla bağlı 118 sorğu daxil olub”.
Gununsesi.info