
FETÖ ilə əlaqəsi olan AKP üzvü olan dörd bələdiyyə sədri partiya sıralarında xaric edilib.
Gununsesi.info “Anadolu”-ya istinadən xəbər verir ki, bu barədə AKP sədr müavini Yasin Aktay məlumat verib.
Onun sözlərinə görə, Fətullah Gülənlə əlaqəsi olan Ərzurumun Aşkale bələdiyyə başkanı Ənvər Başaran, Girezun Çamoluk bələdiyyə başkanı Savaş Akarçeşmə, Konya İlgin bələdiyyə başkanı Halil İbrahim Oral, Nevşehirin Nar Belde bələdiyyə başkanı Ali Erdoğmuş partiya sıralarından xaric edilib.
Aktay onu da əlavə edib ki, bundan əlavə olaraq xeyli sayda əyalət və yerli bölmələrin rəhbərləri FETÖ ilə əlaqəsinə görə, AKP sıralarından xaric edilib.
Gununsesi.info