“Dörd ilə 240 min AZN xərcləmişəm…” – Azərbaycanlı müğənni

  • By admin
  • 24 Dekabr 2019 12:43

“Müğənninin qonorarı ona olan tələbat və öz işlərinə xərclədiyi maliyyə ilə tənzimlənir. Camaat böyük heyətlə oturub strategiya cızır, plan qurur”.

Gununsesi.org xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi 4 il ərzində sənətinə 240 min manat xərclədiyini etiraf edib:

“Bilin ki, il ərzində 3-4 video çıxaran, onu reklam edən, azı 2-3 konsert verən müğənni 250-300.000 AZN pul xərcləyir. Hərdən ziyanımıza da işləyirik. 2014-2018-ci illər arası yazdırdığım, çəkdirdiyim bütün işlərə şəxsən 240.000 AZN xərcləmişəm. Məndən 3-5 qat artığını da Miri Yusif, Aygün Kazımova, Tünzalə Ağayeva, Röya Ayxan xərcləyir. Qonorarları müzakirə edəndə, bir bunu da deyin də…

Daha bəziləri kimi, o kanal sənin, bu kanal mənim, hər dəxlisiz mövzuyla, repertuarın, öz hitlərin olmadan, sənətə pul xərcləmədən gündəm olmağa nə var ki? Başqasının pulunu saymaq, iş prinsipini tənqid etmək ədəbdən deyil… Etməyin”.

Gununsesi.org