Dağıstana işləməyə gedən dörd nəfər Astara sakininin ölümünə səbəb olmuş dəhşətli qəzanın baş verdiyi şərait vədigər hallar hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bu hadisəyə görə təqsirləndirilən şəxs qismindəməhkəmə qarşısına çıxarılan isə qəzada toqquşmuş iki maşından biri olan mikroavrobusun sürücüsü Elturan Fərəcovdur.
Gununsesi.info xəbər verir ki, aprelin 6-dq bu məhkəmə prosesində hadisənin şahidi Tahir Səfərov ifadə verib. O, həmin vaxt “KamAZ”ın arxasınca hərəkət edirmiş: “Məsafəmiz 100 metr olardı. Mən qarşıda maşının “stop”larının yandığını gördüm. Sonra toz-duman oldu, işıqları söndü. Maşını sağa çəkib saxladım. Qarşıdakı “Kamaz”ın qoşqsuna maşın çırpılmışdı. Polisə məlumat verdik. Maşında bir nəfər sağ idi. Onu çıxarmağa kömək elədim”.
Hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib.
Rusiyaya gedən “Mercedes” markalı mikroavtobus “KamAZ” markalı qoşqulu yük maşınına çırpılıb.
Qəza nəticəsində “Mercedes” markalı maşının sərnişinlərindən 4 nəfəri dünyasını dəyişib.
Onlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğludur.
Qəzada iki nəfər də yaralanıb.
“KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb.
Qəza zamanı yalnız “KamAZ”ın sürücüsü ilə mikroavtobusun sürücüsü Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarət almayıb.
Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.
Qəzadan sonra Elturan Fərəcov həbs edilib. O, Cinayət Məcəlləsinin 263.3-cü (2 və daha çix şəxsin ölümünə səbəb olan avtomobil qəzası törətmə) maddəsi ilə ittiham edilir.
Gülər
Gununsesi.info