Dörd uşaq dünyaya gətirən qadın xəstəxana xərclərini necə ödədi…

  • By admin
  • 10 Mart 2021 21:47

Keniyada Virginia Adhiambo adlı qadının hamiləliyinin 31-ci həftəsində anidən doğuş sancıları başlayıb. Xəstəxanaya aparılan və dörd uşaq dünyaya gətirən qadın xəstəxana xərclərini ödəyə bilmədikləri üçün uşaqlardan ikisini xəstəxanaya girov olaraq verib.

Gununsesi.info  xəbər verir ki, doğuşdan sonra səhhəti ağırlaşan 26 yaşlı qadın beş həftə boyunca xəstəxanada müalicə olunub. Sağaldıqdan sonra xəstəxana rəhbərliyinin ona təqdim etdiyi ödəmə qəbzini görən qadın xərcləri ödəyə bilməyəcəklərini söyləyib. Bundan sonra rəhbərliklə razılaşaraq uşaqlardan ikisini girov olaraq xəstəxanada qoyub.

Hazırda uşaqlarını almaq üçün yardım kampaniyası başladan qadın bu həftə içində xəstəxananın istədiyi pulu toplayacağı halda uşaqlarına qovuşacağını, əks halda xəstəxana xərclərinin hər gün artacağını bildirib.

Gununsesi.info