“Dost acı söylər” - Hakan Fidan

  • By Günel
  • 03 Noyabr 2024 12:16

“Ukrayna münaqişəsinin ədalətli həllinə Ukraynanın ərazi bütövlüyünün qorunması şərti ilə nail olunmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Hürriyet”ə müsahibəsində deyib.

“Bizim hər iki tərəflə xüsusi münasibətimiz var. Biz onları dinləməkdən imtina etmirik. Ancaq dost acı söylər, biz belə edirik. Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, hər iki tərəfin yorğunluğu 2025-ci ildə yeni vəziyyətə gətirib çıxara bilər.

Gununsesi.info