“Dost itirmək çox ağırdır…” -İlqar Mikayıloğlu

  • By admin
  • 01 Dekabr 2021 13:14
“Dünən helikopter qəzasında həlak olan polkovnik Füzuli Cavadovu 2000-ci ildən tanıyıram. Bir yerdə uçuşlarımız olub”
Gununsesi.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında telejurnalist İlqar Mikayıloğlu deyib. O, dostluq münasibətləri olan pilotumuz Füzuli Cavadovun həlak olmasına görə çox sarsıldığını bildirib:
“Təlimləri çəkəndə onunla tanış olduq, söhbətimiz tutdu və elə o vaxtdan dostluğumuz başladı. Füzuli müəllim birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Amma 44 günlük Vətən müharibəsindəki fəaliyyətindən xəbərsizəm. Dünən isə bu xəbəri almağım mənə çox pis təsir etdi. Adam dostunu itirəndə necə olar. Hamımız üçün çox ağır itkidir. 14 nəfər peşəkar hərbçimiz həlak olub. Dost itirmək isə çox ağırdır”.
Qeyd edək ki, Füzuli Cavadov 1966-cı ildə Bakının Zirə qəsəbəsində anadan olub. F.Cavadovun bir həftə öncə atası Əlibram Cavadov da vəfat edib. Atasını yeddi mərasimi günü isə Füzuli özü həlak olub. Polkovnik F.Cavadovun Nərmin və İkram adında iki övladı yadigar qalıb. Nərmin Cavadova da DSX-də xidmət edir.
Gununsesi.info