Dost olub, düşmənə çevrilən deputat qudalar…

  • By admin
  • 15 Yanvar 2017 14:34

millimeclis-2015_40

Söhbət də  iki tanınmış və nüfuzlu sabiq deputatdan gedir.

Adlarını hələlik müəyyən səbəblərdən açıqlamadığımız bu iki eks deputat 1995-2000-ci illərdə birinci çağırış Milli Məclisin (MM) üzvü olublar.

Gununsesi.inf0-nu bilgiləndirən mənbənin sözlərinə görə, deputat olduqları dövrdə əvvəl həmkar, sonra isə çox yaxın, ailəvi dost olan bu iki şəxsin necə deyərlər, az qala aralarından su da keçmirmiş…

Bir sırada yana-yana əyləşib, fasilələrdə (parlamentin iclaslarından söz gedir) bir yeyib, bir içirlərmiş, hər yerə bir gedib, bir  gəlirlərmış… Və bu yaxınlıq nəticədə onların quda olmasına gətirib çıxarır. Amma və lakin…

Sonradan gərginləşən münasibətlər, xüsusilə, dözülməz həddə çatan gəlin-qayınana münasibətləri artıq bu iki eks deputat-qudanı düşmənə çevirib.

“İşin bu yerə gəlib çatmasında da gəlinin anası daha çox səbəbkar və günahkardır. Qızına öyüd-məsləhət vermək əvəzinə, ona “dil” verir. Qayınana da sakit, abırlı insandır. Nə qədər gərginliyi yumşaltmağa çalışsa da, gəlininin, ona “dil” verən anasının qabağından qaçmğa cəhd etsə də, olmur ki, olmur… Münasibətlər nəinki yumşalır, əksinə, düşmənçilik həddindədir.

Gəlinlə anası söz də dinləmək istəmir. Hətta, onlarla çox yaxın, ailəvi dost olan sabiq və indiki deputatlardan bir neçəsi də bu məsələyə qarışsa, iki ailə arasında yaranan düşmənçiliyi  aradan qaldırmağa,  münasibətləri yenidən əvvəllki məcrasına qaytarmaq istəsələr belə, heç nə alınmır,  yenə heç bir irəliləyiş, müsbətə doğru nəsə baş vermir…

Bir sözlə, zamanında iki dost, sonradan quda olan sabiq deputatlar arasında münasibətlər əvvəllki gərginliyi ilə qalmaqda davam edir, hətta demək olar ki, tərəflər, yəni, oğlanla gəlin boşanma ərəfəsindədir…” – deyə, məlumatlı mənbə sözlərinə əlavə edir.

Gununsesi.info