Dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik

  • By ilhame
  • 25 Yanvar 2024 22:05

Türkiyə dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyir.

 

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair açıqlamada bildirilib.

 

Qeyd edilib ki, cari məsələlərin həlli istiqamətində müvafiq tərəflərlə təmaslar davam etdiriləcək.

 

Milli Təhlükəsizlik Şurasının 3 saat 45 dəqiqə keçən iclasında terrorla mübarizənin əsas istiqamətləri vurğulanıb.

 

“Məkanından asılı olmayaraq bütün terror təşkilatlarını hədəf almağa davam edəcəyik”, – açıqlamada yer alıb.

 

Bununla yanaşı, iclasda Rusiya-Ukrayna müharibəsinin dərhal atəşkəs və daimi sülhlə başa çatdırılmasının vacibliyinə diqqət yetirilib.

Gununsesi.info