Dostları ilə yeyib-içdi, meyiti tapıldı – Gəncədə qanlı hadisə

  • By admin
  • 09 İyul 2017 15:15

1498767012-0268
Gəncə şəhər sakininin meyiti tapılıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan yerdə meyit aşkarlanıb.

Araşdırma zamanı məlum olun ki, ölən şəxs şəhər sakini 1978-ci il təvəllüdlü Orucov Ramin Adil oğludur. R. Orucovun qətlə yetirildiyi məlum olub. O, dünən gecə dostları ilə yeyib-içdikdən sonra dalaşıb və müxtəlif bədən xəsarətləri alıb.

Ekspertiza zamanı 1978-ci il təvəllüdlü R. Orucovun başında güclü zərbənin izləri aşkarlanıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info