Dostları oğlunu itirən Zöhrə Abdullayevaya dəstək oldular

  • By admin
  • 26 May 2018 14:23

Bu gün əməkdar artist Zöhrə Abdullayevanın oğlunun üç mərasimidir.

Gununsesi.info yenicag.az-a istinadən xəbər verir ki, Z.Abdullayevanın oğlunun vaxtsız vəfatı müğənninin dostlarını da sarsıdıb. Onlar sosial mediada kədərlərini bölüşərək, Zöhrə xanımın dərdinə şərik olublar.

 

Qeyd edək ki, əməkdar artistin beyin xərçəngindən dünyasını dəyişən yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev iki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

Məlahət Qurbanova, Svetlana Bayramova, Əkbər Yusifoğlu, Aqil Ələsgər və digər dostları sənətkarın oğlunun vaxtsız vəfatından kədərlənərək, ona dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!