Dostlarından bəyə qeyri-adi toy hədiyyəsi - FOTOLAR+VİDEO

  • By admin
  • 05 Avqust 2017 12:35

ÇANAKKALE'DE DÜNYA EVİNE GİREN GÜRKAN VE ESİN ÇETİN'E ARKADAŞLARI UNUTAMAYACAKLARI BİR DÜĞÜN HEDİYESİ VERDİ. ARKADAŞLARININ DAMADA HEDİYESİ, DAVETLİLERİ HEM ŞAŞIRTTI HEM DE GÜLDÜRDÜ. (EROL GÜNGÖRDÜ/ÇANAKKALE-İHA)

Türkiyədə toy məclislərindən birində bəyə maraqlı hədiyyə verilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, toy məclisində səbəbkarlar Esin Can və Gürkan Çətin cütlüyünə bəyin dostları sürpriz etmək qərarına gəliblər.

Belə ki, dostlarının böyük kardon qutudakı hədiyyəni görən bəy Gürkan Çətin və qonaqlar xeyli təəccüblənib.

Hədiyyə qutusundan çıxan market alış-veriş arabası bəyə hədiyyə edilib. Market arabası isə “bəy-gəlin” avtomobili kimi bəzədilərək üzərinə “Taksi” loqası vurulub. Bundan sonra bəyin dostları Gürkan Çətini arabaya mindiriblər.

Bir müddət Esin Can həyat yoldaşını market arabası ilə salonda gəzdirib. Bəyin dostlarının bu hədiyyəsi isə qonaqların gülüşünə səbəb olub.

001

002

003

004

Anar

Gununsesi.info